Gəncədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 18.07.2022 / 11:35

İyulun 15-də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Azərbaycan Texnologiya Universitetinin (UTECA) birgə təşkilatçılığı ilə "Milli dövlətçiliyə təhlükə yaradan dini-siyasi cərəyanlara qarşı mübarizədə ali təhsil müəssisələrinin rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov, Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri Əhməd Niyazov, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov, AMEA Tarix İntitutunun şöbə müdiri Hacı Həsənov, Rusiya Xalqlar Dostluğu Universitetinin kafedra müdiri Oqtay Hüseynov, “Müasir İnkişaf” İB-nin sədri Mübariz Göyüşlü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Mübariz Ağalarlı, müəllim və tələbələr iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki, milli dövlətçiliyə təhlükə yaradan dini-siyasi cərəyanlara qarşı mübarizədə təhsilin, o cümlədən ali təhsil müəssisələrinin rolu böyükdür. Müasir dövrdə dünyanın bir sıra dövlətlərinin terror və ekstremizmdən ciddi əziyyət çəkdiyi qabardılaraq bir sıra dövlətlər və beynəlxalq təşkilatların bölgədə və dünyada baş verən münaqişələrə ikili standartlarla yanaşdığı, prinsipial mövqe nümayiş etdirmədiyi vurğulanıb. Azərbaycan xalqının da tarixin müxtəlif mərhələlərində haqsızlıqlara, zülmə və terrora məruz qalandığından, onun ağrı-acısına və ağır nəticələrinə daha dərindən bələd olduğu diqqətə çatdırılıb. Eləcə də dini ekstremizm təhlükəsindən söz açılaraq radikal dini təriqətlərin geniş vüsət almaması üçün görülən işlər xatırladılıb. Ələxsus da gənclər, böyüməkdə olan nəslin etnik və dini münaqişəyə sürüklənməməsi üçün diqqətli olmağın vacibliyi önə çəkilib. Dini ekstremizmin qarşısının alınması, vətəndaşların zərərli xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində uğurla davam etdirilən tədbirlərdən söz açılıb.

Tədbir diskussiya şəklində davam edib.


Son baxılan xəbərlər

Saatlıda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
05.04.2023 / 16:39
Ətraflı oxu

Sədr müavini Gündüz İsmayılov: "Bizim bir nömrəli məqsədimiz, vəzifəmiz vicdan azadlığını təmin etməkdir"

Müsahibələr
25.06.2023 / 16:21
Ətraflı oxu

“Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda onlayn formatda ...

Press-relizlər
05.10.2021 / 12:22
Ətraflı oxu

Nardaranda dindarlarla görüş keçirilib

Press-relizlər
13.01.2016 / 17:15
Ətraflı oxu

Sabirabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
07.12.2022 / 15:26
Ətraflı oxu

“Gənclər arasında dini radikalizm və onun təzahür formaları" mövzusu Göyçayda müzakirə edilib

Xəbərlər
29.09.2023 / 15:38
Ətraflı oxu