
Press-relizlər / 06.07.2022 / 17:41
İyulun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Beyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “İslamda insan həyatının dəyəri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Cəfərsadiq Cəfərli, Bəhrəm Ədalətoğlu, Elvin İbrahimov, hərbi hissənin məsul əməkdaşı Fərahim Baratoğlu, Qarallar kənd dini icmasının sədri və imamı Səbuhi İbadov, hərbçilər iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb, bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. O da vurğulanıb ki, İslam dini insan həyatına böyük dəyər verir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.