Lerikdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər mövzusu müzakirə edilib

Press-relizlər / 01.07.2022 / 17:02

İyulun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda tədbir keçirilib.  

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rafiq Əzizov, QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev və Lerik rayonunda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Natiqlər məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğunu bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
14.09.2017 / 18:13
Ətraflı oxu

Füzulidə “Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin effektivliyinin artırılmasında medianın rolu” mövzusu müzakirə olunub ...

Press-relizlər
22.07.2022 / 11:31
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edəcək

Press-relizlər
22.02.2022 / 16:39
Ətraflı oxu

Zərdabda “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusu müzakirə edilib

Press-relizlər
19.05.2017 / 13:31
Ətraflı oxu

Balakəndə “Narkomaniya: səbəbləri və ona qarşı mübarizə yolları” mövzusu müzakirə olunub

Press-relizlər
17.02.2022 / 15:36
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib

Xəbərlər
21.02.2020 / 10:47
Ətraflı oxu