Qubada “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” mövzusunda tədbir keçirilib

Press-relizlər / 30.06.2022 / 16:00

İyunun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Fərid Məmmədov, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əhməd Nurullayev, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev, “İslahatçı Gənclər” İB-nin sədri Fərid Şahbazlı, "Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, müəllim və tələbələr iştirak ediblər.

Çıxışlarda dini radikalizmlə mübarizə sahəsində görülən işlərdən, həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs olunub, dini ekstremizmə qarşı mübarizədə gənclərin rolunun artırılmasının vacibliyi vurğulanıb. Bu cür seminarların mütəmadi keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Tədbir qarşılıqlı müzakirərələr və sualların cavablandırılması ilə davam edib.   


Son baxılan xəbərlər

Lənkəranda "Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
28.08.2019 / 16:11
Ətraflı oxu

Xalqımız zəngin milli-mənəvi dəyərlərə sahibdir

Press-relizlər
07.09.2018 / 12:00
Ətraflı oxu

SOCAR-ın strukturuna daxil olan qurumlarda dini maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
18.12.2018 / 18:00
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Press-relizlər
14.06.2018 / 17:27
Ətraflı oxu

Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib

Xəbərlər
15.11.2018 / 15:44
Ətraflı oxu

Lənkəranda “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq!” adlı tədbir keçirilib

Press-relizlər
25.10.2018 / 17:09
Ətraflı oxu