Azərbaycan nümayəndə heyəti ABŞ-də bir sıra görüşlər keçirib

Xəbərlər / 29.06.2022 / 17:42

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun rəhbərlik etdiyi, tərkibinə Azərbaycan Respublikasında Katolik kilsəsinin apostol prefekturası, Bakı şəhəri Azərbaycan Bibliya Cəmiyyəti Xristian dini icması, eləcə də Avropa yəhudiləri və Gürcü yəhudilərinin Bakı dini icmalarının rəhbər və təmsilçiləri daxil olan  Azərbaycan nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton şəhərinə səfərləri davam edir.

İyunun 28-də nümayəndə heyətinin Senatın Xarici Əlaqələr Komitəsinin aparıcı üzvü və qurumun Avropada Əməkdaşlıq və Təhlükəsizlik Komissiyasının sədri, həmçinin senator Benjamin Kardinin xarici siyasət məsələləri üzrə baş müşaviri Tomas Melia ilə görüşü baş tutub. Sədr müavini Səyavuş Heydərov Azərbaycandakı dövlət-din münasibətləri, dini sahədə həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat verib, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Avropa Ravvinləri Konfransının icraçı direktoru Qadi Qroniçlə də görüş keçirilib. Müzakirə zamanı Q.Qroniç Azərbaycanın apardığı multikulturalizm siyasətini və bu istiqamətdəki təşəbbüsləri yüksək qiymətləndirib.

Nümayəndə heyətinin daha bir görüşü Türkiyə Respublikasının ABŞ-dəki səfiri cənab Həsən Murad Mərcanın dəvəti əsasında baş tutub. Müzakirələrdə səfir müsəlman ölkələri arasında Azərbaycanın tolerantlıq və multikulturalizm nümunəsinin  xüsusilə seçildiyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycandan olan nümayəndə heyətinin ABŞ-nin Din Azadlığı Komissiyasının sədri Nuri Türkel, sədr müavini Abraham Kuper, qurumun ekspert qrupu, 29 iyunda isə Dövlət Departmentinin Beynəlxalq Din Azadlığı İdarəsinin direktor müavini xanım Karson  Relits Roker ilə görüşləri keçirilib. Görüşlərdə S.Heydərov tərəfindən Komissiya və İdarənin builki hesabatlarının Azərbaycanla bağlı hissəsində yer almış qeyri-obyektiv məqamlarla bağlı narahatlıq ifadə edilib. Görüşdə Azərbaycanın dini azadlıqlarla bağlı açıq dialoqa göstərdiyi maraq yüksək qiymətləndirilib, həmçinin davamlı və konstruktiv əməkdaşlığın əhəmiyyəti vurğulanıb və təşəkkür edilib.

Nümayəndə heyəti həmçinin, Amerika Diyanət Mərkəzində (Türkiyə Diyanət İşləri İdarəsinin ABŞ nümayəndəliyi) və İsa Məsihin Son Gün Müqəddəsləri Kilsəsində olublar.


Son baxılan xəbərlər

Qaxda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
01.05.2019 / 16:55
Ətraflı oxu

Qubada bölgənin din xadimləri Bayraq muzeyində olublar

Press-relizlər
07.11.2018 / 16:40
Ətraflı oxu

Bərdədə “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
15.02.2017 / 16:27
Ətraflı oxu

Sumqayıtda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.12.2018 / 17:39
Ətraflı oxu

Azərbaycanda dövlət-din münasibətləri: 20 illik nailiyyətlər

Xəbərlər
22.06.2021 / 12:57
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: Koronavirusla mübarizədə hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür

Açıqlama
21.03.2020 / 10:10
Ətraflı oxu