Oğuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 24.06.2022 / 17:00

İyunun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki  bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Oğuz şəhər Cümə məscidində “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib.

Tədbirdə  DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin  məsləhətçisi Samir Salehov, Cümə məscidinin imamı Şövkət Cəlilov və dindarlar iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, bir xalqın varlığı və milli kimliyini qoruması onun mənəvi dəyərlərinə münasibəti ilə sıx bağlıdır. Mənəvi dəyərlərimiz bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərib, milli birliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayıb. O da qeyd olunub ki, ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin, o cümlədən çoxsaylı xalqların nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

Son baxılan xəbərlər

“Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.05.2021 / 13:56
Ətraflı oxu

Saatlıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
25.11.2019 / 15:25
Ətraflı oxu

"Quran hekayələri" kitabı

Kitablar
04.04.2015 / 12:43
Ətraflı oxu

Şəki şəhərində “Narkomaniya bəşəri problemdir” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.05.2016 / 10:51
Ətraflı oxu

Zaqatalada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə olunub

Xəbərlər
19.11.2019 / 15:02
Ətraflı oxu

“Erməni təcavüzü və məhv olmuş tarixi dini abidələrimiz” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.03.2019 / 16:45
Ətraflı oxu