Bölgələrdə din xadimləri ilə görüşlər keçirilir

Press-relizlər / 24.06.2022 / 09:29

Bölgələrdə bu həftə ərzində də dini icma sədrləri, din xadimləri və din xadimi olmaq istəyən namizədlərin iştirakı ilə görüşlər keçirilib.

Füzuli rayonunun Böyük Bəhmənli, Kərimbəyli və Yağlıvənd, Mahmudlu-2 kənd məscidlərində, eləcə də Zərdab rayonunda keçirilən tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İlkin Bayandurov, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Həsənov, eləcə də din xadimləri iştirak ediblər.

Din xadimləri və din xadimi olmaq istəyən namizədlərə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” izah olunub. Məscidlərdə vakant vəzifələrin tutulması üçün elan edilmiş müsahibə şərtləri ilə tədbir iştirakçıları tanış edilib. Həmçinin müsahibə və attestasiya qaydası açıqlanıb, lazım olan sənədlərin siyahısı diqqətə çatdırılıb.

Sonda  görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Komitə sədrindən XƏBƏRDARLIQ: Radikal qruplar məscidlərdən uzaqlaşdırılacaq

Açıqlama
24.10.2014 / 12:30
Ətraflı oxu

Sumqayıtda “Şəhidlik zirvəsi” adlı tədbir keçirilib

Press-relizlər
25.01.2018 / 14:54
Ətraflı oxu

Dinlərarası dialoq: reallıqlar və inkişaf istiqamətləri

Xəbərlər
18.06.2021 / 15:00
Ətraflı oxu

Alman mətbuatında “Azərbaycanda Alman lüteranların yeri və rolu” başlıqlı məqalə dərc edilib

Xəbərlər
02.03.2021 / 13:30
Ətraflı oxu

Xocalı soyqırımı - XX əsrin faciəsindən 23 il ötdü...

Xəbərlər
26.02.2015 / 11:16
Ətraflı oxu

Bölgələrdə maarifləndirici tədbirlər keçirilir

Press-relizlər
02.06.2017 / 17:50
Ətraflı oxu