İsmayıllıda "Şuşa - tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib

Press-relizlər / 23.06.2022 / 16:44

İyunun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə "Şuşa - tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, İsmayıllı rayon MKS-nın direktoru Ruhiyyə Mirzəyeva, eləcə də ictimiayyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan, çox sayda tarixi, dini və memarlıq abidələrinin məhv edilməsindən danışılıb. Həmçinin 30 ilə yaxın işğal altında olan Şuşa şəhərinin 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olunması, hazırda Heydər Əliyev Fondu tərəfindən talan edilmiş abidələrimizin bərpası istiqamətində həyata keçirilən layihələrdən danışılıb.

Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların fikirləri dinlənilib.


Son baxılan xəbərlər

Oğuzda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
15.11.2019 / 15:02
Ətraflı oxu

Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yeni inzibati binasının açılışında iştirak edib

Xəbərlər
11.04.2022 / 10:43
Ətraflı oxu

Qazax rayonunda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
17.10.2018 / 17:48
Ətraflı oxu

“Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda müzakirələr aparılıb

Xəbərlər
13.10.2018 / 10:17
Ətraflı oxu

“Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyi ideyasının rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.11.2017 / 10:48
Ətraflı oxu

Sabirabadda “Mənəvi dəyərlərimizin qorunması və təbliği” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
09.12.2019 / 15:13
Ətraflı oxu