Saatlıda “Narkotikə yox deyək” mövzusunda tədbir keçirilib

Press-relizlər / 23.06.2022 / 16:02

İyunun 23-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti (RİH), rayon Polis şöbəsi, Gənclər və İdman İdarəsi, “Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Narkotikə yox deyək” mövzusunda  tədbir keçirilib.  

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Cəfərsadiq Cəfərli, Saatlı RİH başçısı Aparatının şöbə müdirləri Azər Həsənov və Rövşən Muradov, rayon Polis şöbəsinin əməkdaşı Kamran Əhmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov,  rayon  “Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Aqşin Məmmədov, Qızıl Aypara Cəmiyyətinin Saatlı rayon bölməsinin sədri Fizuli Cəfərov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Telman Ağayev, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. 

Çıxış edənlər narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və psixologiyasına vurduğu zərərlər və onun fəsadları haqqında danışıblar.

Ölkə Prezidenti cənab İham Əliyev tərəfindən 22 iyul 2019-cu il tarixdə imzalanan Sərəncam ilə təsdiq edilən narkomaniyaya qarşı mübarizəyə dair “2019–2024-cü illər üçün Dövlət Proqramı” haqqında geniş məlumat verilib. Zərərli vərdişlərdən uzaq, təhsil yönümlü, savadlı, uğurlu və sağlam gəncliyin formalaşdırılmasının dövlətimizin daim diqqət mərkəzində olduğu vurğulanıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib

Xəbərlər
13.07.2018 / 14:20
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlərdən qaynaqlanan vətənpərvərlik” mövzusunda tədbir baş tutub

Press-relizlər
16.04.2019 / 17:17
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının APA İnformasiya Agentliyinə verdiyi müsahibəsi bir sıra xarici xəbər ...

Press-relizlər
07.12.2020 / 15:47
Ətraflı oxu

“İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
25.10.2017 / 18:00
Ətraflı oxu

Bölgələrdə din xadimlərinin iştirakı ilə görüşlər keçirilib

Press-relizlər
02.06.2022 / 10:46
Ətraflı oxu

Sumqayıtda “Milli-mənəvi dəyərlərimiz bizi birləşdirir” mövzusunda tədbir keçirilib

Press-relizlər
11.01.2018 / 15:43
Ətraflı oxu