Yevlaxda və Balakəndə "Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu" mövzusu müzakirə edilib

Press-relizlər / 23.06.2022 / 16:02

İyunun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Yevlax şəhər Gənclər evi sosial xidmət müəssisəsi, Aran Regional Təhsil İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə "Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə təşkilatçı qurumların nümayəndələri, Vətən müharibəsi qaziləri və gənclər iştirak ediblər.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər qeyd ediblər ki, heç bir din insanları qarşıdurmaya, müharibəyə, münaqişəyə çağırmır. Əksinə, bütün dinlər insanları sülhə, həmrəyliyə, birgəyaşayışa çağırır. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modelinin formalaşdığını və bu modelin dünya üçün bir nümunə olduğu da diqqətə çatdırılıb. Natiqlər eyni zamanda bildiriblər ki, Vətən müharibəsindəki Zəfərin əsas amillərindən biri də hərbçilərimizin döyüş ruhunun, vətənpərvərlik hissinin, mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olmasıdır.

Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Balakən rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Balakən rayonunda “Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu” mövzusunda keçirilən tədbirdə isə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Mərkəzin direktoru Şahin Qarakişiyev, rayon MKS-nın əməkdaşları, Balakən rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və gənclər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyəti yüksək qiymətləndirilib, dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolundan bəhs olunub.

Tədbirin sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, seminar iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb

Könüllü fəaliyyət
01.12.2021 / 15:53
Ətraflı oxu

Siyəzəndə məktəb psixoloqları ilə mənəvi dəyərlərə həsr olunmuş vebinar keçirilib

Press-relizlər
16.03.2021 / 16:40
Ətraflı oxu

Mübariz Qurbanlı: “İctimai-siyasi sabitliyə qarşı yönələn hərəkətlər cəzasız qalmayacaq”

Açıqlama
26.11.2015 / 18:00
Ətraflı oxu

Zərdabda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Xəbərlər
20.09.2021 / 17:48
Ətraflı oxu

“Tolerantlıq Kuboku” uğrunda ilk oyunlar başa çatıb (Foto)

Arxiv
22.04.2013 / 11:07
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər

Xəbərlər
10.05.2022 / 15:56
Ətraflı oxu