Beyləqanda “Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər / 23.06.2022 / 11:43

İyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Beyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə “Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Cəfərsadiq Cəfərli, Bəhrəm Ədalətoğlu, Elvin İbrahimov, “N” saylı hərbi hissənin ideoloji və mənəvi psixoloji təminat üzrə nümayəndəsi mayor Ayaz Qasımov, Qarallar kənd dini icmasının sədri Səbuhi İbadov, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizm və ekstremizmin acınacaqlı nəticələrindən söz açılaraq, dinin siyasiləşdirildiyi və ya siyasi oyunlar üçün alət olduğu ölkələrin böyük fəlakətlərlə üzləşdiyi diqqətə çatdırılıb. Eyni zamanda məkrli məqsədlərinə nail olmaq üçün cəmiyyət arasında dini, milli və məzhəb ayrı-seçkiliyi salaraq cəmiyyəti parçalamaq istəyən xarici dini mərkəzlərə bağlı radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması, onların zərərli təbliğatı əleyhinə fəal şəkildə mübarizə aparılmasının vacibliyi vurğulanıb. Bu istiqamətdə dövlət tərəfindən iqtisadi, hüquqi və ideoloji müstəvidə aparılan fəaliyyətin bu kimi uğursuz cəhdlərin qarşısının alınmasında mühüm rol oynadığı bildirilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.         


Son baxılan xəbərlər

Zəfər Gününə həsr olunmuş onlayn tədbirlər keçirilib

Press-relizlər
03.11.2021 / 17:28
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
28.08.2019 / 12:20
Ətraflı oxu

Mübariz Qurbanlı “Sovetski”də məscidlərin sökülməsinə aydınlıq gətirib

Açıqlama
12.04.2017 / 17:45
Ətraflı oxu

İmişlidə “Şəhidlik-vətənpərvərliyin ən ali məqamıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.09.2022 / 10:47
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ-ın nəqliyyat komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Arxiv
16.12.2016 / 15:24
Ətraflı oxu

Dövlətçiliyin və müstəqilliyin etibarlı təminatçıları

Xəbərlər
23.09.2017 / 09:44
Ətraflı oxu