
Press-relizlər / 22.06.2022 / 17:33
İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) 21 illiyi münasibətilə Göyçay rayonunda tədbir keçirilib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsi və Göyçay rayon Qarabaqqal kənd Cümə məscidinin birgə təşkilatçılığı ilə məsciddə keçirilən tədbirdə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal kəndi üzrə nümayəndəsi Nicat Mahmudov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda Komitənin fəaliyyəti barədə geniş məlumat verilib. Vurğulanıb ki, Dövlət Komitəsi dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərməkdədir.
Din xadimləri isə çıxışlarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər müvafiq qurumlarla birgə dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində gördüyü işləri yüksək qiymətləndiriblər.