Bakıda ”Vətən müharibəsindəki qələbəmizdə xalqımızın milli-mənəvi dəyərlərinin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər / 22.06.2022 / 09:57

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Sərhəd Xidmətinin birgə Tədbirlər Planına uyğun olaraq iyun ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində “Vətən müharibəsindəki qələbəmizdə xalqımızın milli-mənəvi dəyərlərinin rolu” mövzusunda növbəti seminar keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib və abidə önünə gül dəstələri düzüblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək dini və etnik zənginliyə malik xalqımızın tolerantlıq ənənələrinin  uğurla inkişaf etdirildiyini, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsini özündə təcəssüm edən azərbaycançılıq məfkurəsinin ölkəmizin tərəqqisində müstəsna rolu olduğunu xüsusi olaraq qeyd edib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin multikulturalizm, tolerantlıq dəyərləri təbliğ edən ölkələrdən olması, milli-dini birlik ideyasının Azərbaycanın dövlət siyasəti səviyyəsində həyata keçirildiyi, hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərildiyi bildirilib. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə döyüşmələrinin, “Dəmir Yumruq” ətrafında həmrəylik nümayiş etdirmələrinin bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olması vurğulanıb.

Seminarda ölkəmizdəki tolerantlıq ənənələrinə, dini etiqadı siyasiləşdirməklə milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə təhlükə yarada bilən meyillərlə mübarizədə hər bir vətəndaşın həssaslıq göstərməsinin vacibliyi qeyd olunub. 

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Heydər Əliyev və Azərbaycançılıq” sənədli filmi şəxsi heyətə nümayiş etdirilib.


Son baxılan xəbərlər

Goranboyda “N” saylı hərbi hissədə milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə görüş keçirilib

Xəbərlər
17.06.2022 / 16:07
Ətraflı oxu

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı: Azərbaycanın zəngin tolerantlıq ənənələrinin təşviqi və təbliği dövlətin ...

Müsahibələr
08.09.2021 / 10:17
Ətraflı oxu

Zaqatalada “Azərbaycan gəncliyi: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.04.2019 / 17:41
Ətraflı oxu

Göyçayda “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
01.03.2022 / 15:33
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə haqqında yeni kitab çap olunub

Xəbərlər
16.08.2014 / 11:57
Ətraflı oxu

Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb”

Müsahibələr
20.09.2016 / 13:37
Ətraflı oxu