Suqovuşandakı “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Xəbərlər / 20.06.2022 / 10:26

İyunun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə Tərtər rayon Suqovuşan qəsəbəsində “Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın nümayəndəsi Pərviz Eyvazov, hərbi hissənin İdeoloji iş və mənəvi psixoloji təminat üzrə əməkdaşı Coşqun Bayramov,  Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri Sadiq Cəfərov və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.

Tədbirdə mövzunun aktuallığından bəhs olunub. Qeyd edilib ki, bir sıra dairələr insanlara sülh, əmin-amanlıq bəxş etmək missiyası daşıyan səmavi dinləri terrora zəmin yaratmaqda günahlandırır. Bu məsələdə daha çox haqsızlığa və tənqidə məruz qalan din İslamdır. Təəssüf ki, məlumatsızlıq, qeyri-obyektiv təbliğat, bir sıra halllarda qeyri-adekvat davranışlar və digər səbəblərdən yüz minlərlə insanda İslam dini ilə bağlı zaman-zaman yanlış təsəvvür formalaşır. Əslində heç bir din zorakılığa, terrora və dini ayrı-seçkiliyə haqq qazandırmır. İslam meydana gəldiyi gündən digər dinlərin nümayəndələrinə hörmətlə yanaşmağı vacib sayıb, ayrı-ayrı dinlərin mənsublarının öz inanclarına uyğun yaşamalarına şərait yaradıb.

Seminar diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.


Son baxılan xəbərlər

Radikalizmlə mübarizə mövzusunda tədbir keçirilib

Press-relizlər
01.04.2015 / 11:00
Ətraflı oxu

Prezident İlham Əliyevin Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub

Xəbərlər
19.11.2018 / 14:41
Ətraflı oxu

Prezident İlham Əliyev: “Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək”

Xəbərlər
27.10.2021 / 11:01
Ətraflı oxu

FETÖ, neqativ eksternaliya və qeyri-simmetrik informasiya

Xəbərlər
26.08.2016 / 10:33
Ətraflı oxu

Masallıda "Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusu istiqamətində müzakirələr aparılıb

Press-relizlər
17.10.2019 / 14:48
Ətraflı oxu

“Belə hesabatlara etibar etmək olmaz”

Açıqlama
01.08.2014 / 10:13
Ətraflı oxu