Rayonlarda maarifləndirici görüşlər baş tutub

Xəbərlər / 10.06.2022 / 10:06

“İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” ilə bağlı iyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov Pərioğullar və Avşar kəndlərinin din xadimləri və din xadimi olmaq istəyən namizədlərlə görüşlər keçirib.

DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Gədəbəy rayon İcra Hakimiyyətinin dini məsələlərdən məsul şəxsi Qədir Bağırov, rayonun Polis şöbəsinin nümayəndəsi Məcnun Kamalov və din xadimlərinin iştirakı ilə bu qəbildən növbəti görüş Gədəbəydə baş tutub.

İyunun 10-da İmişli bölgəsi üzrə şöbənin təşkilatçılığı ilə baş tutan görüşdə şöbə müdiri Cavanşir Bəhrəmov, QMİ-nin bölgə üzrə qazısı Mirsəccad İmranov və Beyləqan rayonunda fəaliyyət göstərən din xadimləri və din xadimi olmaq istəyən şəxslər iştirak ediblər.

Təşkil edilən görüşlərdə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi qaydaları, din xadiminin təyin edilməsi məqsədi ilə müsahibə elanının verilməsi ilə bağlı təşkilati məsələlər izah edilib, müsahibə komissiyasının tərkibinin formalaşdırılması, reqlamenti və müsahibənin keçirilməsi qaydası iştirakçıların diqqətinə çatdırılıb. Din xadimi olmaq istəyən şəxslərə sənədlərlə bağlı müvafiq prosedur və attestasiya üzrə proqram barədə metodiki yardım göstərilib.

Sonda görüş iştirakçıları sual və təkliflərini bildiriblər.


Son baxılan xəbərlər

İslam dünyasının birliyinə xidmət edən uğurlu diplomatiya

İSLAM HƏMRƏYLİYİ İLİ
31.07.2017 / 16:54
Ətraflı oxu

Nizami rayonunda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilib

Xəbərlər
03.09.2019 / 15:30
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri: İstənilən dini ədəbiyyat Azərbaycana idxal olunarkən DQİDK-dan icazə alınmalıdır

Müsahibələr
03.05.2018 / 10:10
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ-dan olan jurnalistlə görüşüb

Press-relizlər
25.09.2019 / 17:05
Ətraflı oxu

Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib

Press-relizlər
24.05.2018 / 17:50
Ətraflı oxu

Mətbuat Xidmətinin məlumatı

Xəbərlər
23.12.2020 / 11:42
Ətraflı oxu