Mübariz Qurbanlı: “Nardarandakı məscidlər dövlət qeydiyyatından keçməyib”

Açıqlama / 30.11.2015 / 18:24

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.Mübariz Qurbanlı bildirib ki, bu məscidlər də qeydiyyatdan keçməlidir: “Məscidlərin qeydiyyat üçün sənədləri hazırlanmalı, bu məscidlərin ətrafında dini icmalar yaradılmalı, həmin məscidlər rəsmi şəkildə fəaliyyət göstərməlidir. Dövlət qeydiyyatına alındıqdan sonra o məscidlərə Qafqaz Müsəlmanları İdarəsinin təyinatı ilə axundlar göndərilməlidir. Bundan sonra həmin məscidlərdə dini mərasimlər keçirilməsi tam qanunauyğun olmalıdır. Çox təəssüf ki, indiyə qədər Nardaranda həmin məscidlərin qeydiyyatı, dini icmaların yaradılması ilə bağlı çağırışlarımıza, təşəbbüslərimizə adekvat cavablar verilməyib”.
Mübariz Qurbanlı bildirib ki, Nardaranda müqəddəs ziyarətgah var: “Bu ziyarətgahın  təmiri, saxlanılması dövlətin diqqət mərkəzində olub, bundan sonra da olacaq. Amma söhbət ondan gedir ki, kimlərsə Nardaranda din adı altında sui-istifadə hallarına yol verməməlidir. Orada gənclərimiz var, gözəl məktəblər tikilib, gənclərin təhsili üçün şərait yaradılıb. Təəssüf ki, gənclərimizi təhsildən yayındıran valideynlər var. Buna da yol vermək olmaz. Çünki gənclərin təhsildən yayındırılması ümumi icbari təhsil haqqında qanunaziddir. Belə halların qarşısı alınmalıdır”. 

Son baxılan xəbərlər

Dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
30.01.2018 / 14:45
Ətraflı oxu

Ramazan ayı ilə əlaqədar dini icmalar hər hansı ciddi problem yaşamayıb

Açıqlama
18.07.2013 / 11:40
Ətraflı oxu

Ucarda "Heydər Əliyev mübarizlik və vətənpərvərlik nümunəsidir" mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
25.05.2023 / 14:48
Ətraflı oxu

Qeyri-müsəlman dini icmaların nümayəndələri Şəmkirə səfər ediblər

Xəbərlər
23.05.2023 / 11:02
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə ...

Xəbərlər
28.01.2021 / 17:10
Ətraflı oxu

Bölgələrdə “İnsan Hüquqları Aylığı” ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
29.05.2019 / 14:01
Ətraflı oxu