Bölgələrdə din xadimlərinin iştirakı ilə görüşlər keçirilib

Press-relizlər / 02.06.2022 / 10:46

İyunun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Salyan şəhər Mərkəz Hacı Tağı məscidində “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın şərtləri ilə bağlı din xadimlərinin maarifləndirilməsi məqsədilə görüş keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Salyan bölgəsi üzrə qazısı Hüsnü Həsənov, Salyan rayonunda fəaliyyət göstərən din xadimləri və din xadimi olmaq istəyən şəxslər iştirak ediblər.

Eyni gündə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə İmamzadə Ziyarətgah komleksində keçirilən görüşdə şöbə müdiri Həsən Məmmədov və şöbənin əməkdaşları, QMİ-nin Gəncə bölgəsi üzrə qazısı Tahir Abbasov, Naftalan və Goranboy üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov, din xadimləri və icma sədrləri iştirak ediblər.

Həmin tarixdə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Ağcabədi rayonu Hindarx qəsəbə məscidi dini icmasının birlikdə təşkil etdikləri görüşə şöbənin müdiri Əlizadə Nəcəfov, dini icmanın sədri və imamı İsa Cəfərov, icma üzvləri və din xadimləri qatılıblar.

İyunun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşlarının iştirakı ilə Kürdəmir rayonunda dini icma sədrləri, din xadimləri və din xadimi olmaq istəyən namizədlərlə görüş keçirilib. 

Təşkil edilən görüşlərdə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi qaydaları, din xadiminin təyin edilməsi məqsədi ilə müsahibə elanının verilməsi ilə bağlı təşkilati məsələlər izah edilib, müsahibə komissiyasının tərkibinin formalaşdırılması, reqlamenti və müsahibənin keçirilməsi qaydası iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi, din xadimlərinin attestasiyasının keçirilməsi və attestasiyanın nəticələrinin rəsmiləşdirilməsi barəsində izahlar verilib. Din xadimi olmaq istəyən şəxslərə sənədlərlə bağlı müvafiq prosedur və attestasiya üzrə proqram barədə metodiki yardım göstərilib.

Sonda tədbir iştirakçıları sual və təkliflərini bildiriblər.

 

***

 

İyunun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın şərtləri ilə bağlı din xadimlərinin maarifləndirilməsi məqsədilə görüş keçirilib. Keçirilən  tədbirdə DQİDK-nın şöbə müdiri Cavanşir Bəhrəmov və şöbənin əməkdaşları, Saatlı  RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elşən Əzizov, Saatlı rayonunda fəaliyyət göstərən din xadimləri və din xadimi olmaq istəyən şəxslər iştirak ediblər.

DQİDK-nın Bakı şəhər şöbəsinin əməkdaşı Amal Məlikov, Binəqədi Rayon İcra Hakimiyyəti baçşısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, dini icma sədrləri, imamlar və imam müavinlərinin iştirakı ilə görüş keçirilib.

Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin təşəbbüsü və  Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmircan qəsəbəsi “Murtuza Muxtar” məscidində keçirilən növbəti görüşdə DQİDK əməkdaşı Aqil Əlisoy, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Azad Əzizov, rayonun din xadimləri və icma sədrləri iştirak ediblər.

Lənkəran rayonu Lüvəsər kənd məscidində təşkil edilmiş görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, din xadimləri, həmçinin din xadimi olmaq istəyən namizədlər iştirak ediblər.

Cəlilabad rayonunda keçirilən görüşdə isə Masallı bölgəsi üzrə şöbənin müdiri Elvin Hüseynli, din xadimləri və din xadimliyinə namizəd olan şəxslər iştirak ediblər.

Növbəti belə görüş Komitənin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala rayon İcra Hakimiyyəti, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nümayəndələrinin birgə təşkilatçılığı ilə keçirilib. Görüşdə DQİDK-nın şöbə müdiri İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, səlahiyyətli nümayəndəsi Rasim Musayev, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşları Rauf Nəsirov, Nicat İsmayılov, Ucar rayonunda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri və din xadimi olmaq istəyən namizədlərin iştirakı ilə görüş keçirilib. 

Komitənin Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində keçirilən görüşdə şöbə müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Əlisa Fərəcov, din xadimləri və dini icma üzvləri iştirak ediblər

Çıxışlarda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi qaydaları, din xadiminin təyin edilməsi məqsədi ilə müsahibə elanının verilməsi ilə bağlı təşkilati məsələlər izah edilib, müsahibə komissiyasının tərkibinin formalaşdırılması, reqlamenti və müsahibənin keçirilməsi qaydası iştirakçıların diqqətinə çatdırılıb.


Son baxılan xəbərlər

Aqil Şirinov: "Hədəfimiz yüksəkixtisaslı və vətənpərvər dini kadrlar yetişdirməkdir"

Müsahibələr
09.02.2022 / 09:49
Ətraflı oxu

Prezident İlham Əliyevin Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub

Xəbərlər
19.11.2018 / 14:41
Ətraflı oxu

Sadiq Mirzəyev: “Bu ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi dünyaya bir çağırışdır”

Multikulturalizm
25.01.2016 / 09:58
Ətraflı oxu

XII Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsinin iştirakçıları Dövlət Komitəsində olublar

Xəbərlər
30.07.2022 / 14:22
Ətraflı oxu

Cəlilabadda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda ikigünlük regional konfrans keçirilir

Press-relizlər
29.10.2019 / 17:14
Ətraflı oxu

Sumqayıtda dini ayin icraçısı olmaq istəyən qadın namizədlərlə görüş keçirilib

Xəbərlər
06.06.2022 / 17:04
Ətraflı oxu