
Press-relizlər / 01.06.2022 / 16:21
İyunun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Neftçala şəhər Sahib-Əzzaman məscidində İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması ilə bağlı görüş keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin Salyan bölgəsi üzrə qazısı Hüsnü Həsənov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Sadiq Məmmədov və Neftçala rayonu üzrə din xadimləri iştirak ediblər.
Görüşdə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi qaydaları, din xadiminin təyin edilməsi məqsədi ilə müsahibə elanının verilməsi ilə bağlı təşkilati məsələlər izah edilib, müsahibə komissiyasının tərkibinin formalaşdırılması, müsahibə komissiyasının reqlamenti və müsahibənin keçirilməsi qaydası iştirakçıların nəzərinə çatdırılıb. Həmçinin namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi, din xadimlərinin attestasiyasının keçirilməsi və attestasiyanın nəticələrinin rəsmiləşdirilməsi barəsində izahlar verilib.
Sonda tədbir iştirakçıları sual və təkliflərini bildiriblər.