Qaxda “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib

Xəbərlər / 27.05.2022 / 17:31

May ayının 27-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayon D.Əliyeva adına 1 nömrəli tam orta məktəbdə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq”  mövzusunda seminar keçirilib.

Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı   Tərlan Nəzərov, Qax rayon D.Əliyeva adına 1 nömrəli tam orta məktəbin direktoru Mədinə Mahmudova, Qax Rayon Polis Şöbəsinin sahə müvəkkili Natiq Abbasov, Qax rayon Gənclərin İnkişaf və Kariyera Mərkəzinin direktoru Elmir Həşimli, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirdə mövzunun aktuallığından bəhs olunub, yeniyetmə və gənclərin sağlam mühitdə yetişməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğu  vurğulanıb. Dini cəhalətin, xurafatın, dini fanatizmin radikalizm və ekstremizmə yol açdığı, həmçinin,  dini ekterimizmin dünyada meydana gətirdiyi  fəlakətlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Dini sahədə tolerantlıq mühitinin qorunması, qarşılıqlı hörmət, birgəyaşayış, dözümlülük mühitinin möhkəmlənməsi, eyni zamanda dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının qarşısının alınmasının önəmindən danışılıb.

Seminar diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Qubada "Vətəni sevmək imandandır" mövzusunda tədbir keçirilib

Press-relizlər
31.05.2018 / 15:19
Ətraflı oxu

Neftçalada dini durum müzakirə olunub

Press-relizlər
02.04.2021 / 15:57
Ətraflı oxu

Qurtuluşdan Zəfərə

Xəbərlər
06.05.2022 / 09:11
Ətraflı oxu

Zəfərə gedən yol

Xəbərlər
10.11.2021 / 10:38
Ətraflı oxu

Mübariz Qurbanlı: Azərbaycanda dini təhsil mütləq pulsuz olmalı və dövlət bu sahəni himayəyə götürməlidir

Açıqlama
13.07.2015 / 16:13
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun açılışı olub

Press-relizlər
17.09.2018 / 11:31
Ətraflı oxu