Qaradağda “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 26.05.2022 / 17:42

Mayın 26-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ Gənclər Evində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Sadiq Qinyazlı və Nuru İmanov, Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Firidun Hüseynov, İcra Hakimiyyətinin məsul əməkdaşı Ruslan İsmayılov, Qaradağ Gənclər Evinin direktoru Natiq İmanov, Sahil qəsəbə məscidinin imamı Fazil İmanov, rayon üzrə orta məktəblərdə fəaliyyət göstərən gənc müəllim və psixoloqlar iştirak edib.

Tədbirdə qlobal təhlükəyə çevrilən dini radikalizmlə mübarizənin prioritet məsələ olduğu qeyd edilib. Gənclərin dini radikalizmin təsirlərindən qorunmasının zəruriliyi nəzərə alınmaqla, maarifləndirici tədbirlərin keçirilməsinin səmərəli olduğu vurğulanıb.

Çıxışlarda qeyd edilib ki, dini radikalizmin əsas qurbanları yeniyetmə və gənclər olduğuna görə maarifləndirmə tədbirlərinə gənclərin cəlb olunmasına xüsusi diqqət yetirilməlidir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

ABŞ Konqresində Azərbaycandakı dövlət-din münasibətlərinə yüksək qiymət verilib (Foto)

Xəbərlər
07.02.2014 / 10:23
Ətraflı oxu

Ucarda "Dini radikalizm və zərərli vərdişlərdən uzaq gənclik" mövzusunda tədbir keçirilib

Press-relizlər
16.12.2021 / 16:24
Ətraflı oxu

Kürdəmirdə “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə" mövzusu müzakirə olunub

Press-relizlər
12.05.2022 / 14:46
Ətraflı oxu

Oğuzda dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub

Press-relizlər
12.11.2019 / 15:52
Ətraflı oxu

Zaqatalada “İnsan Hüquqları Aylığı” çərçivəsində görüş keçirilib

Xəbərlər
07.06.2022 / 16:56
Ətraflı oxu

Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və Azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir

Press-relizlər
29.08.2018 / 11:24
Ətraflı oxu