“28 May-Müstəqillik Günü” tariximizin ən şanlı və parlaq səhifələrindəndir

Xəbərlər / 26.05.2022 / 15:14

Mayın 26-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad rayon İcra Hakimiyyəti, Mədəniyyət idarəsinin və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçlığı ilə “28 May-Müstəqillik Günü” münasibətilə tədbir keçirilib.

Keçirilən tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Cəfərli Cəfərsadiq, Elvin İbrahimov, Sabirabad  RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüqar Kərimov, Sabirabad regional Mədəniyyət idarəsinin birinci müavini Telman Əzimov, Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Eldar Urufov və əməkdaşları, mədəniyyət işçiləri  iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 ili tamam olur. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Yenidən qazanılmış müstəqilliyin ilk illərində ölkəmiz ağır günlər yaşayıb, hətta müstəqilliyini itirmək təhlükəsi ilə üzləşib. Belə bir çətin və sınaqlı günlərdə xalqımızın təkidli tələbi və xahişi ilə yenidən respublikaya rəhbərliyə qayıdan xalqımızın Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin apardığı müdrik və qətiyyətli siyasət nəticəsində müstəqilliyimizin əbədiliyi və sarsılmazlığı təmin olunub, Azərbaycan özünün hərtərəfli inkişafının yeni mərhələsinə qədəm qoyub. Çıxışlarda həmçinin, 1918-1920-ci illərdə mövcud olan dövlət-din münasibətlərinə də toxunulub.

***

Mayın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba rayonu II Nügədi kəndi "Molla Hud" və "Hacı Seyid Siracəddin" məscidləri dini icmalarının və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun II Nügədi kəndində "28 May - Müstəqillik Günü: milli birlik, həmrəylik,  vətənpərvərlik" adlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev,  QMİ-nin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov, dini icmaların sədrləri, icma üzvləri,  ziyalılar və gənclər iştirak edib.

Tədbirdə çıxış edənlər bildiriblər ki,  cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 28 may Respublikamızda bu ildən müstəqillik günü kimi qeyd olunur.  Müstəqilliyin əldə olunması və onun qorunub saxlanılması həm Ümummilli Lider Heydər Əliyevin,  həm də ölkə Prezidenti İlham Əliyevin ən ümdə məsələlərindəndir. Torpaqlarımızın işğaldan azad olunması və suverenliyimizin bərpa olunması da məhz Prezident İlham Əliyevin əvəzsiz xidmətlərinin nəticəsidir. 

Sonda tədbir iştirakçılarına DQİDK tərəfindən nəşr olunmuş dini ədəbiyyat paylanılıb.


Son baxılan xəbərlər

Balakəndə “Müasir gənclik və Azərbaycan” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.10.2018 / 09:48
Ətraflı oxu

Oğuzda "Azərbaycançılıq: dini həmrəylik və birgəyaşayışın qarantı" mövzusunda konfrans keçirilib

Xəbərlər
20.06.2022 / 14:07
Ətraflı oxu

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də dini radikalizm mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.09.2018 / 15:03
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Avropa İttifaqının Azərbaycandakı səfirini qəbul edib

Press-relizlər
14.10.2014 / 14:37
Ətraflı oxu

DQİDK-nın ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının “Məzarlıqların dağıdılması” adlı arayışının Azərbaycanla bağlı hissəsinə ...

Xəbərlər
06.09.2021 / 15:52
Ətraflı oxu

Göyçayda “Tarixi - dini abidələrimizə qarşı erməni vandalizmi” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.10.2021 / 16:51
Ətraflı oxu