Ağdaşda 28 May-Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Xəbərlər / 26.05.2022 / 14:58

Mayın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağdaş rayonunda "28 May-Müstəqillik günü tariximizin şanlı səhifəsidir" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş rayon Gənclər və İdman idarəsinin rəis müavini Samir İsrəfilov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev və həmin şöbənin baş məsləhətçisi Möhlüd Hacıxanov, Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi, Ağdaş rayon Peşə məktəbinin tələbələri və ictimaiyyət nümayəndələri, eləcə də rayonun fəal gəncləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, 28 May-Müstəqillik günü hər bir azərbaycanlının iftixar hissi keçirdiyi, qürur duyduğu bir gündür. Bu tarix xalqımızın şüuruna qızıl hərflərlə yazılmış, böyük və əlamətdar hadisə kimi yaddaşımıza həkk olunmuşdur. Düz 104 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirmişdir.           

Mövzu ətrafında çıxış edənlər XX əsrin sonlarında müstəqilliyin yenidən əldə olunmasından, Ulu Öndər Heydər Əliyevin daxili və xarici uğurlu siyasəti nəticəsində müstəqilliyin qorunub saxlanılmasından, ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə aparılan məqsədyönlü siyasətin əhəmiyyətindən bəhs ediblər. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasəti hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib və tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib.


Son baxılan xəbərlər

Elşad İskəndərov: ABŞ Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyasının hesabatı ermənipərəst mövqedən hazırlanıb (MÜSAHİBƏ)

Müsahibələr
06.05.2013 / 17:28
Ətraflı oxu

Ağdam rayonunun İmamqulubəyli qəsəbə tam orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
15.05.2018 / 17:38
Ətraflı oxu

Ağdaş şəhərində “Dini radikalizmlə mübarizədə milli və dini dəyərlərimizin rolu” mövzusunda maarifləndirici tədbir ...

Press-relizlər
22.04.2016 / 16:54
Ətraflı oxu

Göyçayda din xadimləri Xocalı faciəsinin qurbanlarını yad ediblər

Press-relizlər
21.02.2022 / 10:45
Ətraflı oxu

Şəkidə “XXI əsrdən baxış: din və qadın” mövzusunda ikigünlük regional konfrans keçirilib

Press-relizlər
25.02.2020 / 15:37
Ətraflı oxu

Lənkəranda din xadimlərinin iştirakı ilə onlayn tədbir keçirilib

Xəbərlər
17.08.2020 / 12:18
Ətraflı oxu