Bölgələrdə “28 May-Müstəqillik Günü” münasibətilə tədbirlər keçirilib

Xəbərlər / 26.05.2022 / 11:07

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon İcra Hakimiyyəti (RİH),  Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişafı və Karyera mərkəzinin Kürdəmir nümayəndəliyinin birgə təşkilatçılığı ilə “28 May-Müstəqillik Günü” münasibətilə dəyirmi masa keçirilib.

Tədbirdə Kürdəmir RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişafı və Karyera mərkəzinin Kürdəmir nümayəndəliyinin əməkdaşları, din xadimləri, dini icma sədrləri və Kürdəmir rayon T.İsmayılov adına 1 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

Tədbirdə çıxışlar zamanı qeyd edilib ki, 28 May-Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. 28 May-Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur. Dövlətimizin başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

***

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar  bölgəsi üzrə şöbəsi və Zərdab rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Müstəqilliyimizin qüruru-28 May” adlı tədbir keçirilib.

Zərdab rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Mədəniyyət Mərkəzinin müdiri Elyurə Məmmədova, təşkilatçı qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxışlar zamanı qeyd edilib ki, 1918-ci il may ayının 28-də qurulan Azərbaycan Xalq Cumhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Xalq Cumhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini və sinfi bərabərsizliyi ortadan qaldırdı. Xalqımız Cumhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Müstəqillik Günü olaraq təntənə ilə qeyd edir.

***

Eyni gündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “28 May Müstəqillik Günü-tariximizin ən şanlı və parlaq səhifələrindəndir” mövzusunda tədbir keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Mərkəzin direktoru Könül Rəhimova və Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxışlar zamanı qeyd edilib ki, 28 May-Müstəqillik Günü xalqımızın tarixində ən şanlı və parlaq səhəfələrdən biridir. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və istiqlaliyyəti uğrunda daim mübarizə aparıb, Azərbaycan tarixinin əhəmiyyətli və yadda qalan dövrlərindən olan XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda  istiqlaliyyətini elan edib. Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirib.   

 


Son baxılan xəbərlər

“Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusu müzakirə edilib

Xəbərlər
26.08.2021 / 11:30
Ətraflı oxu

“Şəhadət” sənədli filmi Dövlət Sərhəd Xidməti Akademiyasında nümayiş etdirilib

Press-relizlər
03.11.2017 / 18:00
Ətraflı oxu

Mübariz Qurbanlı Komitənin Vətən müharibəsində iştirak edən əməkdaşları ilə görüşüb

Xəbərlər
15.01.2021 / 14:15
Ətraflı oxu

“Milli-mənəvi dəyərlərimizin təbliği və müasirlik” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
27.01.2016 / 17:36
Ətraflı oxu

Prezident İlham Əliyev: “Multikulturalizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir”

Xəbərlər
02.05.2019 / 15:09
Ətraflı oxu

Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”

Press-relizlər
25.02.2020 / 15:00
Ətraflı oxu