Zaqatalada Azərbaycanın dövlət müstəqilliyinin 104-cü ildönümü münasibətilə tədbir keçirilib

Xəbərlər / 24.05.2022 / 17:05

Mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin, Rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu  A.Qurbanov adına Üçüncü Tala kənd tam orta məktəbində  Azərbaycanın dövlət müstəqilliyinin 104-cü ildönümü münasibətilə “28 May-Müstəqillik Günü” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayonu Təhsil sektorunun məsləhətçisi Rəcəb Əlizadə, RİHB-nın Üçüncü Tala kənd İƏD üzrə nümayəndə müavini Mövləddin Qaracayev, Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbin direktoru Alimə Qurbanova, məktəbin müəllim və şagirdləri iştirak edib.

Tədbir Vətənimizin suverenliyi, bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz  xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanlıb.

Çıxışlar zamanı dövlətçiliyin, vətənpərvərliyin, milli birliyin və həmrəyliyin möhkəmlənməsində milli-mənəvi dəyərlərə bağlılığın önəmindən ətraflı bəhs edilib. Vurğulanıb ki,  XX əsrin ilk iyirmi illiyində siyasi, iqtisadi və ictimai həyatda çətin dönəm olmasına baxmayaraq, xalq öz milli birlik, həmrəylik, vətənpərvilik və milli mənlik şüurunu özünə qaytardı, müstəqil, azad və demokratik respublika  quraraq öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyətinin timsalında Şərqdə ilk demokratik parlament respublikası qurmağı bacaran Azərbaycan xalqı  71 il sonra- 8 Oktyabr 1991-ci il tarixdə qədim dövlətçilik ənənəsinə  sadiq qalaraq  yenidən öz müstəqilliyini bərpa etdi. Bildirilib ki, məhz bu zaman xalqın təkidli tələbi ilə siyasi  hakimiyyətə qayıdan və “xilaskarlıq missiyasını” həyata keçirən Ümummilli Lider Heydər Əliyev  tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin yeni inkişaf mərhələsinə qədəm qoyulub. Müstəqilliyimizin, dövlətçiliyimizin və suverenliyimizin qorunması və inkişaf etdirilməsi  istiqamətində işlərin həyata keçirildiyi vurğulanıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan düşünülmüş və ardıcıl siyasətin  hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib. 

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.


Son baxılan xəbərlər

Şuşa məscidində namaz qılındı

Xəbərlər
13.11.2020 / 13:22
Ətraflı oxu

Müqəddəs Məkkə şəhərində “Qurani-Kərimdə və Peyğəmbər sünnəsində mötədillik və mülayimlik dəyərləri” adlı beynəlxalq konfrans ...

Press-relizlər
29.05.2019 / 12:34
Ətraflı oxu

Göyçayda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.02.2022 / 15:33
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini: "Fanatizm və radikalizmə məruz qalanlarla iş aparılacaq"

Müsahibələr
23.01.2018 / 15:22
Ətraflı oxu

Kürdəmirdə erkən nikah problemi müzakirə edilib

Press-relizlər
26.10.2022 / 15:00
Ətraflı oxu

Dövlət Komitəsi ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyasının çağırışına münasibət bildirib

Xəbərlər
10.02.2022 / 12:59
Ətraflı oxu