İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edilir

Xəbərlər / 24.05.2022 / 14:25

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) aşağıdakı vakant vəzifələrin tutulması üçün müsahibə elan edir:

 

1. Suraxanı rayonu, “Fatimeyi-Zəhra” məscidi - imam vəzifəsi

2. Suraxanı rayonu, Bülbülə qəsəbə məscidi - imam müavini vəzifəsi

3. Səbail rayonu, “Həzrət Məhəmməd” məscidi - imam vəzifəsi

4. Yasamal rayonu, “İlahiyyat” məscidi - imam vəzifəsi

5. Şirvan şəhəri, “Cümə” məscidi - imam vəzifəsi

6. Şirvan şəhəri, “İmam Zeynalabdin” məscidi - imam vəzifəsi

7. Şirvan şəhəri, “Həzrət Əbülfəz” məscidi - imam vəzifəsi

8. Abşeron rayonu, Mehdiabad qəsəbə məscidi – imam vəzifəsi

9. Xırdalan şəhəri, “Cümə” məscidi - imam vəzifəsi

10. Zaqatala rayonu, Çobankol kənd məscidi - imam müavini vəzifəsi

11. Zaqatala rayonu, Faldarlı kənd məscidi – imam müavini vəzifəsi

12. Zaqatala rayonu, Lahıc kənd məscidi – imam müavini vəzifəsi

13. Qax şəhəri, “Mərkəzi Cümə” məscidi - imam vəzifəsi

14. Ağdaş rayonu, Ləki qəsəbə məscidi - imam vəzifəsi

15. Lənkəran rayonu, Lüvəsər kənd məscidi - imam müavini vəzifəsi

16. Lənkəran rayonu, İstisu qəsəbə məscidi – imam müavini vəzifəsi

17. Astara rayonu, Lovayn kənd məscidi - imam müavini vəzifəsi

18. Astara rayonu, Şuvi kənd məscidi - imam müavini vəzifəsi

19. Biləsuvar rayonu, İsmətli kənd məscidi - imam müavini vəzifəsi

20. Biləsuvar rayonu, “Cümə” məscidi - imam vəzifəsi

21. Cəlilabad şəhəri, “Cümə” məscidi - imam müavini vəzifəsi

22. Xaçmaz şəhəri, “Təzə şəhər” məscidi - imam müavini vəzifəsi

23. Xaçmaz rayonu, Xudat kənd məscidi - imam müavini vəzifəsi

24. Göyçay rayonu, Aşağı Qaraməryəm kənd məscidi - imam müavini vəzifəsi

25. İmişli şəhəri, “Məşədi Həbib” məscidi - imam vəzifəsi

26. İmişli şəhəri, “Cümə” məscidi - imam müavini vəzifəsi

27. İsmayıllı rayonu, “Məhəmmədiyyə” məscidi - imam vəzifəsi

28. Qobustan şəhəri, “Cümə” məscidi - imam müavini vəzifəsi

29.Quba şəhəri, “Ağməscid” məscidi - imam vəzifəsi

30. Quba rayonu, Ağbil kənd məscidi - imam müavini vəzifəsi

31. Ağcabədi rayonu, Avşar kənd məscidi - imam müavini vəzifəsi

32. Oğuz rayonu, Kərimli kənd məscidi - imam vəzifəsi

33. Siyəzən şəhəri, “Cümə” məscidi - imam vəzifəsi

34. Yardımlı şəhər məscidi - imam vəzifəsi

35. Masallı rayonu, Təzəkənd kənd məscidi – imam müavini vəzifəsi

36. Masallı rayonu, Ağakişibəyli kənd məscidi - imam müavini vəzifəsi

37. Daşkəsən şəhəri, “Cümə” məscidi - imam vəzifəsi

37. Neftçala şəhəri, “Sahib əz-Zaman” məscidi - imam vəzifəsi

39.  Şəmkir rayonu, Düyərli kənd məscidi – imam vəzifəsi

 

Müsahibədə iştirak etmək istəyən namizədlər 24 may 2022-ci il tarixindən 24 iyun 2022-ci il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada sened@scwra.gov.az adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər:

 

- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Tərcümeyi-hal;

- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Sağlamlıq haqqında arayış;

- Narkoloji dispanserdən arayış;

- Ruhi-əsəb dispanserindən arayış;

- Məhkumluq barədə arayış;

- Foto (3x4) (4 ədəd);

- Ərizə.

- Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

 

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcəkdir.

 

Əlaqə nömrələri:
(012) 497 02 53
(012) 492 62 29
(012) 437 31 15

(077) 209 60 70

 

Son baxılan xəbərlər

Astarada "Dünyəvi dövlətdə dini maarifləndirmə işinin təşkili" mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
09.09.2022 / 12:02
Ətraflı oxu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Balakən, Lənkəran və Beyləqanda tədbirlər ...

Xəbərlər
10.05.2019 / 15:13
Ətraflı oxu

“Heydər Əliyev irsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər
12.12.2017 / 14:50
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb

Press-relizlər
08.04.2021 / 17:53
Ətraflı oxu

“İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
30.05.2017 / 17:42
Ətraflı oxu

Dövlət Komitəsi: Ermənilərin tarixi-mədəni abidələrimizi dağıtması bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür

Xəbərlər
07.10.2020 / 12:47
Ətraflı oxu