Şirvanda “Radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda seminar keçirilib

Xəbərlər / 19.05.2022 / 09:41

Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin və “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə “Radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda seminar keçirilib. 

Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, “Şirvan Gənclər Evi” SXM-nin direktoru Əfqan Həsənov, Şirvan şəhər məscidinin imamı Əvəz Mehrəliyev, Gənclər Evinin könüllüləri, tələbə və şagirdlər iştirak ediblər.

Çıxış edənlər ölkəmizdə multikultural dəyərlərin, dini dözümlülüyün nümunəvi formada olmasından, Prezident İlham Əliyev tərəfindən hər zaman milli, dini dəyərlərimizə göstərilən diqqət və qayğıdan bəhs ediblər. Bu gün cəmiyyətin bəlasına çevrilən və gənclər arasında radikal fikirlərin yayılmasına səbəb olan mənfi tendensiyalardan danışan tədbir iştirakçıları bütün bunlara qarşı mübarizədə təhsilin önəminə toxunublar. Eyni zamanda Azərbaycanda olan tolerantlıq və multikulturalizmin  bütün dünya üçün nümunəvi olduğu, bu sahədə Dövlət Komitəsinin fəaliyyəti diqqətə çatdırılıb.

Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən gənclərin dini radikalizmə qarşı maarifləndirilməsi məqsədilə çəkilmiş "Fitnə" filmi nümayiş olunub, sonda gənclərə DQİDK tərəfindən nəşr edilmiş kitab və braşürlər paylanılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsi daha 10 dini icmaya maliyyə vəsaiti ayırdı

Press-relizlər
22.09.2016 / 12:48
Ətraflı oxu

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ...

Xəbərlər
27.09.2022 / 18:12
Ətraflı oxu

“Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda onlayn seminar keçirilib

Press-relizlər
04.05.2021 / 12:55
Ətraflı oxu

Yardımlıda "Narkomaniya və onun yaratdığı fəsadlar" mövzusunda onlayn tədbir keçirilib

Xəbərlər
11.02.2021 / 16:21
Ətraflı oxu

Mübariz Qurbanlı: "Həcc ziyarəti Səudiyyə Ərəbistanının qərarından asılı olacaq"

Müsahibələr
06.05.2020 / 14:12
Ətraflı oxu

“Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir baş tutub

Press-relizlər
29.08.2018 / 11:29
Ətraflı oxu