Bölgələrdə maarifləndirici tədbir keçirilib

Xəbərlər / 13.05.2022 / 17:37

Mayın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayon Şıxımlı kənd “Hacı Cəmaləddin” məscidi dini icmasının  birgə təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin  və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir rayon Şıxımlı kənd “Hacı Cəmaləddin” məscidi dini icmasının  sədri Səbuhi Dadaşov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

* * *

Eyni gündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar rayon Qarabörk kənd məscidi dini icmasının  birgə təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin  və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar rayon Qarabörk kənd  məscidinin din xadimi Rəşad Əmirov, dini icmanın üzvləri və dindarlar iştirak ediblər.

Tədbirlərdə çıxışlar zamanı Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olduğu qeyd edilib. Vətən müharibəsində qazanılan şanlı Qələbəmizdə və milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin mühüm rolu diqqətə çatdırılıb.

Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.11.2019 / 11:13
Ətraflı oxu

Qubada dini radikalizmlə mübarizə yolları müzakirə olundu

Press-relizlər
24.06.2016 / 11:14
Ətraflı oxu

Ağdaşda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
18.01.2018 / 12:51
Ətraflı oxu

İstanbul və Brüsseldə tədbirlər keçiriləcək

Press-relizlər
22.09.2017 / 08:51
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışır”

Xəbərlər
28.06.2022 / 09:45
Ətraflı oxu

Bərdədə “Gənclərimiz və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
07.02.2018 / 15:50
Ətraflı oxu