
Xəbərlər / 13.05.2022 / 17:37
Mayın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayon Şıxımlı kənd “Hacı Cəmaləddin” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir rayon Şıxımlı kənd “Hacı Cəmaləddin” məscidi dini icmasının sədri Səbuhi Dadaşov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
* * *
Eyni gündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar rayon Qarabörk kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar rayon Qarabörk kənd məscidinin din xadimi Rəşad Əmirov, dini icmanın üzvləri və dindarlar iştirak ediblər.
Tədbirlərdə çıxışlar zamanı Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olduğu qeyd edilib. Vətən müharibəsində qazanılan şanlı Qələbəmizdə və milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin mühüm rolu diqqətə çatdırılıb.
Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.