“İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusu Salyanda müzakirə edilib

Xəbərlər / 13.05.2022 / 16:16

Mayın 13-də Salyan rayonunda Şəhid Ziya Həmidov adına Çuxanlı kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Salyan rayon İcra Hakimiyyəti (ŞİH), Salyan rayon Təhsil Şöbəsi (RTŞ) və Salyan rayon Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov, Salyan RİH başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və onların hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçisi Sevinc Səmədova, Salyan RTŞ-nin metodist-psixoloqu Şölə Abışova, Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Salyan rayon Gİİ-nin əməkdaşı Əlişir Əliyev, məktəbin direktoru, eləcə də Şəhid Z.Həmidov adına Çuxanlı kənd tam orta məktəbinin məktəbliləri və valideynlər iştirak edib.

Tədbirdə çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Qeyd edilib ki, insan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquq və azadlıqlara malikdirlər. İnsan hüquqları 18 oktyabr 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının, həmçinin 1995-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın başlıca qayəsini təşkil edir. Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdən xalqın keçmişinə, milli-mənəvi dəyərlərinə, dininə  dövlət səviyyəsində qayğı göstərilməyə başlanılıb. Ölkəmizdə etiqad, inanc azadlığı bərqərar olunub, vətəndaşların vicdan azadlığı Konstitusiyamızın 48-ci maddəsində öz əksini tapıb. Daha sonra dövlətimiz tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində atılan mühüm addımlardan danışılıb, insanların inanc azadlıqlarına hörmət etməyin hər bir vətəndaşın hüquqi və mənəvi borcu olduğu qeyd edilib.

Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.


Son baxılan xəbərlər

DQİDK-nın sədr müavini Gündüz İsmayılov: "Bütün tarixi-dini abidələrimiz, məscidlərimiz, eləcə də alban kilsələri ...

Press-relizlər
24.11.2020 / 10:25
Ətraflı oxu

“Pandemiya şəraitində dini mərasimlər” mövzusunda onlayn görüş keçirilib

Xəbərlər
28.08.2020 / 12:41
Ətraflı oxu

“Ulu Öndərin siyasətində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib

Press-relizlər
05.05.2021 / 16:54
Ətraflı oxu

Hacıqabulda “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Xəbərlər
13.05.2022 / 16:08
Ətraflı oxu

Tarixi dönüşün böyük uğurları

Xəbərlər
14.07.2020 / 10:31
Ətraflı oxu

Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri məsələsi müzakirə olunub

Xəbərlər
14.07.2020 / 10:26
Ətraflı oxu