
Press-relizlər / 12.05.2022 / 17:35
Mayın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi, Şəki Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin (ŞZRTİ) birgə təşkilatçılığı ilə şəhər 18 nömrəli tam orta məktəbində “Dini radikalizmə qarşı mübarizədə maarifçilik” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Saleh Məmmədov, Polis Şöbəsinin əməkdaşı Səlim Səlimov, Regional Təhsil İdarəsinin aparıcı məsləhətçisi Pərviz Rəcəbov, məktəbin direoktoru Məmməd Mahmudov və şagirdlər iştirak ediblər.
Çıxışlarda natiqlər dini radikalizmə qarşı mübarizədə təhsilin və dini biliklərə sahib olmanın önəmindən bəhs ediblər. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər müvafiq qurumlarla birgə gördüyü işlər barədə ətraflı məlumat verilib. Bu cür tədbirlərin əhəmiyyəti yüksək qiymətləndirilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.