Ağdaşda “İnsanların inanc azadlığına hörmət hüququ mənəvi borcumuzdur” mövzusu müzakirə olunub

Press-relizlər / 12.05.2022 / 14:50

Mayın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağdaş rayonunda "İnsan hüquqları aylığı” çərçivəsində “İnsanların inanc azadlığına hörmət hüququ mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, rayon Peşə məktəbinin müəllim və tələbələri, təhsil, mədəniyyət işçiləri, habelə rayonun fəal gəncləri iştirak ediblər.

Tədbirdə mövzunun əhəmiyyətindən bəhs edilib. Qeyd edilib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamız Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunub. Azərbaycanda mövcud olan dinlərarası, məzhəblərarası sülh, əmin-amanlıq və qarşılıqlı hörmət çərçivəsində birgəyaşayış modeli bütün dünyaya bir nümunədir.

Tədbir müzakirələrlə davam edib.


Son baxılan xəbərlər

“Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusu müzakirə edilib

Xəbərlər
11.03.2022 / 15:57
Ətraflı oxu

Gəncədə “Dini ekstremizm və onun fəsadları” mövzusu müzakirə edilib

Xəbərlər
18.01.2022 / 16:00
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
05.09.2018 / 16:38
Ətraflı oxu

Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir

Press-relizlər
15.11.2018 / 18:09
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə layihələri uğurla icra olunur

Press-relizlər
28.04.2016 / 16:06
Ətraflı oxu

“Din və ideoloji təhlükəsizlik” adlı kitab nəşr olunub

Kitablar
17.03.2021 / 13:04
Ətraflı oxu