Kürdəmirdə “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə" mövzusu müzakirə olunub

Press-relizlər / 12.05.2022 / 14:46

Mayın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Seyfəli Umarov, Rauf Nəsirov, Kürdəmir rayonu Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova, QMİ-nin bölgə qazısı Fizuli Cəfərov, rayonun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  1 nömrəli filialının əməkdaşları və din xadimləri iştirak ediblər.

Çıxışlarda mövzunun aktuallığından bəhs olunub, məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə sahəsində görülən tədbirlər diqqətə çatdırılıb. Bu istiqamətdə maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb.

Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Mingəçevirdə milli həmrəyliyimizin möhkəmləndirilməsinin önəminə həsr olunmuş tədbir keçirilib

Xəbərlər
08.10.2021 / 12:06
Ətraflı oxu

Narkomaniyaya qarşı mübarizə yolları müzakirə olunub

Press-relizlər
23.12.2020 / 11:37
Ətraflı oxu

Oğuzda “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusu müzakirə olunub

Press-relizlər
14.12.2021 / 14:59
Ətraflı oxu

Bölgələrdə 28 May - Müstəqillik Günü ilə əlaqədar tədbirlər keçirilib

Xəbərlər
27.05.2022 / 11:52
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Şabranda vətəndaşları qəbul edəcək

Press-relizlər
23.05.2022 / 10:45
Ətraflı oxu

Ağdaşda 28 May-Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Xəbərlər
26.05.2022 / 14:58
Ətraflı oxu