Bölgələrdə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir

Press-relizlər / 10.05.2022 / 11:53

Bölgələrdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir.

Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında keçirilən tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, şöbənin əməkdaşları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Nicat İsmayılov, Göyçay Bayraq Muzeyinin direktoru Aqil İbrahimov, rayonun dini icma sədrləri və din xadimlərinin iştirakı ilə Göyçayda da Ulu Öndərin xatirəsi anılıb.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə Lənkəran, Astara və Lerik rayonlarında DQİDK-nın bölgə şöbəsinin kollektivi, dini icma sədrləri və din xadimlərinin də iştirak etdiyi anım tədbirləri keçirilib. Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi, rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin İmişli nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib.

Keçirilən tədbirlərdə natiqlər Ümummilli Liderin həyat və çoxşaxəli fəaliyyətindən bəhs ediblər. Bildirilib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Müdrik şəxsiyyətin yüksək diqqət və qayğısı sayəsində respublikamız çox sürətlə inkişaf edib, bütün sahələrdə nailiyyətlər qazanılıb. Qeyd edilib ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 


Son baxılan xəbərlər

DQİDK sədri: Zəngilan rayonunda yerləşən erməni təcavüzünün qurbanına çevrilmiş məsciddəki videogörüntü erməni vandalizmini bir ...

Açıqlama
23.10.2020 / 14:46
Ətraflı oxu

Dövlət Komitəsi: İrandan Azərbaycana qarşı dini mövqedən təhdidlər yeni məsələ deyil

Açıqlama
14.11.2022 / 14:49
Ətraflı oxu

Heydər Əliyev mükəmməl və sağlam dövlət-din münasibətlərinin banisidir

Xəbərlər
16.03.2023 / 09:40
Ətraflı oxu

Gəncədə “Böyük qayıdış: dini, mənəvi və multikultural aspektlər” mövzusunda konfrans keçirilib

Xəbərlər
02.12.2022 / 18:02
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində: Neftçalada “İslamda tolerantlıq” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.09.2016 / 17:14
Ətraflı oxu

Elşad İskəndərov: “Azərbaycan heç vaxt Ermənistanın təcavüzünü dini müstəviyə keçirməyib”

Açıqlama
19.12.2012 / 14:17
Ətraflı oxu