Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Şuşa 270 il" adlı sənədli filmin çəkilməsi üçün açıq tender elan edir

Press-relizlər / 06.05.2022 / 15:40

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli, 124 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  tərəfindən “Şuşa 270 il” adlı sənədli film ərsəyə gətiriləcəkdir.

Şuşa qalasının təməlinin qoyulmasının 270-ci ildönümünə həsr olunan filmdə mədəniyyət paytaxtımızın yaranma tarixi, unikal coğrafi yerləşməsi və əsrarəngiz təbiəti, Qarabağ xanlığı dövrü, Azərbaycan və bütün Cənubi Qafqazın ictimai-siyasi həyatındakı müstəsna roluna toxunulması nəzərdə tutulub. Eyni zamanda sənədli filmdə ədəbi, mədəni, elmi və ictimai fikir mühitinin görkəmli nümayəndələri olan Şuşa ziyalıları, Şuşa mədəniyyətinin Azərbaycan, eləcə də dünya mədəni irsinə verdiyi töhfələr, şəhərin tarixi-dini ibadət yerləri, işğala və vandalizmə məruz qalması, işğaldan azad olunması, həmçinin bərpa-quruculuq işlərinin başlanılmasından bəhs edilməsi planlaşdırılır.

6 may tarixindən etibarən başlayan açıq tenderə son müraciət 2022-ci il 8 iyunda saat 00:00-da bitəcəkdir. Bu tarixdən gec göndərilmiş müraciətlər etibarsız hesab ediləcəkdir.

Tenderə qəbul şərtləri ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.etender.gov.az/competition/open-tenders

Əlavə məlumat üçün:

Telefon: (012) 497-15-39

E-poçt: y.aliyeva@scwra.gov.az

Son baxılan xəbərlər

Balakəndə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Xəbərlər
30.08.2022 / 16:40
Ətraflı oxu

4 saylı cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.03.2015 / 15:32
Ətraflı oxu

Saatlıda dini fanatizm və radikalizm mövzusu müzakirə olunub

Press-relizlər
16.03.2022 / 10:01
Ətraflı oxu

Alban-udi xristian dini icması Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəklədiyi barədə bəyanat yayıb

Xəbərlər
06.11.2020 / 10:06
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
08.07.2019 / 13:07
Ətraflı oxu

Lənkərandakı N saylı hərbi hissədə “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” mövzusunda ...

Press-relizlər
17.08.2018 / 15:26
Ətraflı oxu