Qadın və yeniyetmə məhkumlar üçün seminar-treninqlər keçirilib

Xəbərlər / 27.04.2022 / 16:03

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti arasında 2022-ci il üçün təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Komitə əməkdaşlarının məhkumlarla növbəti görüşü qadın və yeniyetmə məhkumlar üçün yeni inşa edilmiş 4 saylı cəzaçəkmə 
müəssisində və Tərbiyə müəssisəsində keçirilib.
“Dünyəvi dövlət sistemində dinin yeri və rolu” mövzusunda keçirilmiş görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı, Komitənin və Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.
Seminar-treninqlərdə məhkumlarla geniş diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda D
ini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə nəşr edilən  müxtəlif adda kitablar  müəssisələrə hədiyyə edilib.


Son baxılan xəbərlər

Tbilisidə “Dinlərarası dialoqda dövlətin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
27.09.2023 / 15:26
Ətraflı oxu

DQİDK sədri Gürcüstan parlamentində və Xarici İşlər Nazirliyində görüşlər keçirib

Xəbərlər
27.09.2023 / 09:38
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvası

Xəbərlər
22.06.2023 / 11:49
Ətraflı oxu

“Mənəvi dəyərlərimizi qoruyaq!” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
14.03.2019 / 16:29
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri: “Azərbaycanda din siyasi faktora çevrilə bilməz”

Müsahibələr
18.07.2017 / 15:08
Ətraflı oxu

Dini radikalizmə qarşı mübarizə: nəticələr və vəzifələr

Xəbərlər
17.09.2016 / 10:38
Ətraflı oxu