
Xəbərlər / 27.04.2022 / 14:35
Aprelin 27-də Xızı rayonu Altıağac qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Abdulla Hüseynov, Xızı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Altıağac qəsəbə üzrə nümayəndəsi Osman Ağayev, Altıağac qəsəbə məscidi dini icmasının sədri Ruslan Eyvazov, rayon Ağsaqqallar şurasının sədri Arif Nağıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, hər bir cəmiyyətin mövcudluğunun qorunub saxlanılması üçün ən başlıca amillərdən biri zəngin milli-mənəvi dəyərlər sistemidir. Bu sistem həm də xalqın kimliyini təsdiq edir. Onu qorumaq çətin və məsuliyyətli işdir. Azərbaycan xalqı tarixin ən çətin dövrlərində öz zəngin milli-mənəvi irsini yad təzahürlərdən qoruyub nəsildən-nəslə ötürüb.
Seminar diskussiya şəklində davam etdirilib.