“Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” mövzusunda seminar keçirilib

Xəbərlər / 27.04.2022 / 14:35

Aprelin 27-də Xızı rayonu Altıağac qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və  Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi  Abdulla Hüseynov, Xızı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Altıağac qəsəbə üzrə nümayəndəsi Osman Ağayev, Altıağac qəsəbə məscidi dini icmasının sədri Ruslan Eyvazov, rayon Ağsaqqallar şurasının sədri Arif Nağıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, hər  bir cəmiyyətin mövcudluğunun qorunub saxlanılması üçün ən başlıca amillərdən biri zəngin milli-mənəvi dəyərlər sistemidir. Bu sistem həm də xalqın kimliyini təsdiq edir. Onu qorumaq çətin və məsuliyyətli işdir. Azərbaycan xalqı tarixin ən çətin dövrlərində öz zəngin milli-mənəvi irsini yad təzahürlərdən qoruyub nəsildən-nəslə ötürüb.

Seminar diskussiya şəklində davam etdirilib.


Son baxılan xəbərlər

Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri məsələsi müzakirə olunub

Xəbərlər
14.07.2020 / 10:26
Ətraflı oxu

Balakəndə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” ...

Press-relizlər
11.03.2021 / 15:40
Ətraflı oxu

Dövlət Komitəsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Press-relizlər
12.12.2018 / 16:24
Ətraflı oxu

Ağdaşda "Şuşa milli-mənəvi dəyərlərimizin simvoludur" mövzusunda tədbir keçirilib

Xəbərlər
05.08.2022 / 12:41
Ətraflı oxu

Zaqatala və Oğuzda məişət zorakılığının qarşısının alınmasına həsr edilmiş tədbirlər baş tutub

Press-relizlər
08.12.2021 / 16:39
Ətraflı oxu

Bölgələrdə din xadimlərinin iştirakı ilə görüşlər keçirilib

Press-relizlər
02.06.2022 / 10:46
Ətraflı oxu