Prezident İlham Əliyev “İmamzadə” kompleksinin bərpasının tamamlanması haqqında sərəncam imzalayıb

Xəbərlər / 06.06.2013 / 20:12

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar işləri tamamlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyun 2013-cü il.

Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Press-relizlər
26.09.2018 / 15:03
Ətraflı oxu

Çinin SİNXUA agentliyi Prezident İlham Əliyevin İslam həmrəyliyi ilə bağlı fikirlərinə geniş yer ayırıb

İSLAM HƏMRƏYLİYİ İLİ
22.06.2017 / 16:34
Ətraflı oxu

Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
26.07.2019 / 17:25
Ətraflı oxu

Prezident İlham Əliyevin Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub

Xəbərlər
19.11.2018 / 14:41
Ətraflı oxu

Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul edib

Xəbərlər
21.09.2014 / 10:09
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin sədri Kabarda-Balkar Respublıkasının prezidenti ilə görüşüb

Xəbərlər
31.10.2014 / 18:00
Ətraflı oxu