Azərbaycandakı xristian dini icmalarının nümayəndələri Pasxa bayramını qeyd ediblər

Press-relizlər / 25.04.2022 / 09:30

“Xilaskar” Yevangelik-lüteran kilsəsində xristian dini icmaları Pasxa bayramını qeyd ediblər. 

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov dini icma nümayəndələrini bayram münasibətilə təbrik edib.

Komitə sədrinin müavini vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu multikultural ənənələrin qorunması və inkişaf etdirilməsi siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Səyavuş Heydərov qeyd edib ki, respublikamız müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, əmin-amanlıq və qardaşlıq şəraitində yaşadığı bir ölkədir. Azərbaycanın multikultural və tolerantlıq siyasəti bu gün dünyaya bir nümunədir.

Azərbaycan “Bibliya” Cəmiyyətinin sədri Rasim Xəlilov ölkəmizin 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsini xatırladıb. Həmin dövrdə  Azərbaycan xalqının dilindən və dinindən,etnik mənsubiyyətindən asılı olmayaraq, vahid məqsəd ətrafında sıx birləşdiyini diqqətə çatdırıb.

Daha sonra pravoslav və katolik kilsələrinin kahinləri, “Həyat sözü” kilsəsinin keşişi, müsəlman icmasının nümayəndələrinin təbrikləri səslənib.

Bayram tədbiri bədii hissə ilə davam edib.

 


Son baxılan xəbərlər

“Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbir təşkil olunub

Press-relizlər
31.10.2017 / 16:50
Ətraflı oxu

Ağdaşda "Narkomaniyaya yox deyək” mövzusunda videokonfrans formatında tədbir keçirilib

Xəbərlər
17.06.2021 / 12:14
Ətraflı oxu

26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş onlayn regional konfrans keçirilib

Press-relizlər
25.06.2021 / 16:36
Ətraflı oxu

“20 Yanvar - Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilib

Press-relizlər
19.01.2017 / 13:18
Ətraflı oxu

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər
27.05.2019 / 14:58
Ətraflı oxu

“Tolerantlığın və multikulturalizmin Azərbaycan modeli” adlı konfrans keçirilib

Xəbərlər
11.08.2021 / 17:29
Ətraflı oxu