Qubada dini fanatizm, radikalizm və ekstremizm mövzusu müzakirə olunub

Press-relizlər / 21.04.2022 / 16:41

Aprelin 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH), Quba şəhəri “Ağ məscid” dini icmasının birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” adlı seminar keçirilib.

Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini Anar Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov, şəhər “Ağ məscid” dini icmasının sədri Məhəmməd Manafov, icma üzvləri və fəal gənclər iştirak ediblər.

Çıxışlarda dini fanatizm, radikalizm və ekstremizmin mahiyyətindən bəhs olunub, dini radikalizmin yarada biləcəyi təhlükələr barədə ətraflı məlumat verilib. Eyni zamanda dini fanatizm və ekstremizmlə mübarizə sahəsində din xadimlərinin rolu qeyd olunub.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu üzrə müzakirələr aparılıb və DQİDK tərəfindən nəşr edilən müvafiq ədəbiyyat gənclərə hədiyyə edilib.    


Son baxılan xəbərlər

Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri müsahibə prosesini izləyiblər

Xəbərlər
10.08.2022 / 17:04
Ətraflı oxu

Türkiyənin diyanət işləri başqanı: “Azərbaycandakı tolerant mühit dünya ölkələrinin əksəriyyətində mövcud deyil”

Xəbərlər
19.12.2012 / 11:14
Ətraflı oxu

Siyəzəndə maarifləndirici tədbir keçirilib

Press-relizlər
23.06.2022 / 17:39
Ətraflı oxu

Şəkidə “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
26.11.2019 / 14:52
Ətraflı oxu

Prezident İlham Əliyev: "Zərdüştlük məbədi, məscid, katolik kilsə, pravoslav kilsə, erməni kilsəsi və sinaqoq ...

Xəbərlər
04.05.2022 / 11:49
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi sədrinin birinci müavini ilə görüşüb

Xəbərlər
11.10.2021 / 15:31
Ətraflı oxu