
Press-relizlər / 21.04.2022 / 15:07
Azərbaycan Televiziyasının "Obyektiv" verilişinin növbəti buraxılışı ölkəmizdəki nümunəvi tolerantlıq modelinə həsr olunub.
Proqramda Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyin qorunub-saxlanılması, milli və dini tolerantlığın dövlət səviyyəsində dəstəklənməsi, multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün görülən işlər barədə danışılıb. Həmçinin yaxın günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi və Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının istifadəyə verilməsinin önəminə toxunulub.
Çəkilişlərinin məscid, kilsə və sinaqoqlarda aparıldığı verilişlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: