
Xəbərlər / 21.04.2022 / 14:54
Aprel ayının 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, Gəncə şəhər Baş Polis İdarəsi və Gəncə şəhər Təhsil idarəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhər 39 saylı tam orta məktəbdə “Narkomaniya: səbəbləri və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev, Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini Niyaməddin Qasımov, Gəncə şəhər Təhsil idarəsinin əməkdaşı Söhrab Hacıyev, məktəbin şagird və müəllim heyəti iştirak ediblər.
Çıxışlar zamanı tədbir iştirakçılarına narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verilib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb. Eyni zamanda narkomaniya ilə mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə işləri, bu sahədə qəbul olunan dövlət proqramları, sağlam həyat tərzinin vacibliyi haqqında geniş məlumatlar verilib.
Sonda məktəblilərin sualları cavablandırılıb, onların fikirləri dinlənilib.