Qubada “İslam dinində zərərli vərdişlərə münasibət” adlı tədbir keçirilib

Press-relizlər / 15.04.2022 / 16:30

Aprelin 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Gənclər və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə Quba rayonu Heydər Əliyev Mərkəzində “İslam dinində zərərli vərdişlərə münasibət” adlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdir müavini Anar Məmmədov, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev, Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov və rayonun fəal gəncləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Zərərli vərdişlər və onların fəsadları haqqında ətraflı məlumat verilib. Yeniyetmə və gənclərin zərərli vərdişlərin təsirlərindən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib

Press-relizlər
19.07.2018 / 17:06
Ətraflı oxu

Binəqədi rayonunda “Milli-mənəvi dəyərlərimizin təbliğində İslamın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
03.06.2019 / 14:24
Ətraflı oxu

Oğuzda "Vətənpərvərlik: Milli-mənəvi dəyər kimi" mövzusu müzakirə olunub

Press-relizlər
13.10.2021 / 15:25
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
08.11.2018 / 16:17
Ətraflı oxu

Goranboyda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.03.2023 / 16:22
Ətraflı oxu

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Xəbərlər
04.11.2013 / 12:23
Ətraflı oxu