
Press-relizlər / 15.04.2022 / 16:22
Aprelin 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Oğuz peşə məktəbinin birgə təşkilatçılığı ilə Oğuz rayonunda “Nakomaniya və onun fəsadları” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, məktəbin müəllim və tələbələri iştirak ediblər.
Çıxış edən natiqlər narkomaniya və onun fəsadları barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, sağlam həyat tərzi hər bir insanın məqsəd və amalı olmalıdır. Çıxışlarda bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti yüksək qiymətləndirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.