Dövlət Komitəsinin könüllüləri Dinşünaslıq ekspertizası şöbəsinin iş prosesi ilə tanış olublar

Könüllü fəaliyyət / 15.04.2022 / 12:46

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) “Könüllü fəaliyyət” layihəsinin iştirakçıları DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin iş fəaliyyəti ilə tanış olublar.

Şöbə müdiri Nahid Məmmədov könüllülərə Dinşünaslıq ekspertizası şöbəsinin vəzifə öhdəlikləri barədə ətraflı məlumat verərək bildirib ki, dinşünaslıq ekspertizası birbaşa ictimai maraqları təmin edir, Dövlət Komitəsinin hüquqlarında da dini təyinatlı ədəbiyyatın, əşyaların, dini məzmunlu başqa məlumat materiallarının istehsalı, idxalı və yayılmasına nəzarət etmək, dini qurumların və müvafiq dövlət orqanlarının müraciətlərinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada razılıq vermək kimi səlahiyyətləri təsbit olunur.

Nahid Məmmədov ekspertiza prosesi barədə könüllülərə geniş izah verərək qeyd edib ki, ədəbiyyatlarda dini nifrət və düşmənçiliyə rəvac verən fikirlərin olmaması ekspertiza zamanı nəzərə alınan əsas meyarlardandır. Bildirib ki, təqdim edilən ədəbiyyat insanpərvərlik prinsiplərinə zidd deyilsə, dini nifrət və düşmənçiliyə rəvac verəcək, dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirlər yer almırsa, ölkəmizdəki mövcud dini duruma, tolerant və multikultural mühitə mənfi təsir göstərəcək ifadələr əks olunmursa, bu kitabın ölkə ərazisində çapı və yayılmasına heç bir qadağa yoxdur.

N.Məmmədov vətəndaşlarımızın sağlam dini ədəbiyyatla təmin edilməsi ilə yanaşı, piratçılığın, vergi hüquqpozmalarının qarşısını alan, əqli mülkiyyət hüquqlarının qorunmasında da faydalı olan dini təyinatlı ədəbiyyat və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markaları ilə markalanması prosesi barədə də könüllüləri maraqlandıran sualları cavablandırıb.


Son baxılan xəbərlər

Nərimanov rayonunda “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.05.2016 / 17:16
Ətraflı oxu

Komitə sədri Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb

Press-relizlər
03.09.2019 / 15:51
Ətraflı oxu

Bakıda “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib

Press-relizlər
21.08.2018 / 15:06
Ətraflı oxu

Masallıda “İslamda Vətən sevgisi” mövzusu müzakirə edilib

Press-relizlər
10.01.2018 / 15:16
Ətraflı oxu

Masallıda “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib

Xəbərlər
29.01.2019 / 16:06
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Hazırda Azərbaycanda dini durum sabitdir”

Xəbərlər
31.01.2023 / 09:25
Ətraflı oxu