Lerikdə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər / 14.04.2022 / 17:14

Aprelin 14-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lerik Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.  

Lerik Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Azər Həsənov, Səyyad Babakişiyev, Emin Həmidli, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı xalqımızın zəngin mənəvi dəyərlərinin milli birliyimizin möhkəmlənməsindəki əhəmiyyəti vurğulanıb. Mənəvi dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb. Ölkəmizdə yaşayan müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələri arasında tarixən həmrəylik, sülh və vəhdətin hökm sürdüyü, xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində humanizm və sülhsevərliyin əsas yer tutduğu qeyd edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

DQİDK sədri XVII Beynəlxalq Müsəlman Forumunda iştirak edib

Xəbərlər
15.12.2021 / 17:22
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının beşilliyi münasibətilə tədbir keçirilib

Xəbərlər
10.02.2023 / 09:45
Ətraflı oxu

Kürdəmirdə “Sülh və Həmrəyliyə aparan yol – dialoq” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
27.02.2018 / 15:24
Ətraflı oxu

Komitə sədri Avropa Ravvinləri Konfransının icraçı direktoru ilə görüşüb

Press-relizlər
18.07.2022 / 17:06
Ətraflı oxu

Ağsu şəhərində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.04.2016 / 16:15
Ətraflı oxu

Din xadimləri və gənclər “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunu müzakirə ediblər

Xəbərlər
07.09.2021 / 16:19
Ətraflı oxu