Dövlət Komitəsinin sədr müavini: "Azərbaycanda vicdan azadlığı yüksək səviyyədə təmin edilir"

Press-relizlər / 14.04.2022 / 16:18

"Azərbaycanda vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dini konfessiyalara bərabərhüquqlu münasibət göstərilir. Hər kəs dini inancına görə sərbəstdir. Bu, bizim dövlət-din münasibətlərinin əsasını təşkil edir." Bunu Trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

O qeyd edib ki, İkinci Qarabağ Müharibəsi zamanı erməni işğalçıları, onların siyasi rəhbərləri müharibəyə dini çalar verməyə cəhd etdilər.

"Onlar bunu müsəlmən-xristian qarşıdurması kimi dünyaya təqdim etməyə çalışdılar. Qərb ölkələrindən dəstək almaq üçün belə bir yola əl atdılar. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin dünya ictimaiyyətini, aparıcı kütləvi informasiya vasitələrini məlumatlandırması, həmçinin, ölkəmizdə dinlər arasında həmrəyliyin olması ermənilərin bu hərəkətini iflasa uğratdı. Hazırda dünyada mənəvi böhranın olması fikirləri səsləndirilir. Belə bir dövrdə Azərbaycanın yaratdığı bu həmrəylik strategiyası bu böhran üçün bir yol xəritəsi ola bilər", - deyə sədr müavini bildirib.

Son baxılan xəbərlər

Nardaran qəsəbəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
18.10.2019 / 15:49
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının tərkibi təsdiq edilib

Press-relizlər
27.12.2018 / 16:11
Ətraflı oxu

“Vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.12.2017 / 11:58
Ətraflı oxu

“Aprel döyüşləri - böyük zəfərin başlanğıcı” mövzusunda onlayn videokonfrans keçirilib

Xəbərlər
08.04.2021 / 16:53
Ətraflı oxu

Lerikdə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib

Xəbərlər
07.08.2019 / 14:46
Ətraflı oxu

Bölgələrdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbirlər keçirilib

Xəbərlər
14.06.2022 / 12:52
Ətraflı oxu