
Press-relizlər / 31.03.2022 / 16:33
Martın 31-də Masallı rayonunda Ramazan ayının başlaması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, qarşıdan gələn Ramazan ayı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası fətva verib. Vurğulanıb ki, bütün din xadimləri verilən fətvaya riayət etməlidirlər. Eyni zamanda, din xadimləri və dini icma sədrləri ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbir iştirakçılarının sualları cavablandırılıb.