Dövlət Komitəsində Ramazan ayının başlaması ilə bağlı müşavirə keçirilib

Press-relizlər / 30.03.2022 / 16:36

Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Ramazan ayının başlaması ilə əlaqədar onlayn müşavirə keçirilib. Müşavirədə DQİDK və tabeliyindəki qurumların, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin (Agentlik)  rəhbərliyi, eləcə də Dövlət Komitəsi Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ramazan ayında planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışaraq DQİDK-nın Mərkəzi Aparat və bölgə şöbələrinin üzərinə düşən vəzifələrə diqqət çəkib. Bildirib ki, Ramazan ayında Dövlət Komitəsinin şöbələri iş fəaliyyətini daha da gücləndirməli və bölgələrdə monitorinqlər təşkil etməlidirlər. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təsdiq edilərək dərc edilən Ramazan ayının təqviminə əməl edilməsinə nəzarət prosesi də Dövlət Komitəsinin vəzifələri sırasındadır. Bu məqsədlə bölgə şöbələrinin əməkdaşları tərəfindən yerlərdə monitorinqlərin keçirilməsi labüddür.

Dini maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayan Mübariz Qurbanlı Ramazan ayında bölgə şöbələrinin milli-mənəvi, dini dəyərlərimizin təbliği prosesində daha aktiv fəaliyyət göstərməsinin, bu sahədə tədbirlər, layihələrlə yanaşı, sosial media platformalarında fəallığın vacibliyini qeyd edib.

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev QMİ-nin Qazılar Şurasının Ramazan ayı ilə bağlı Fətva qəbul etməsinin ardından Naxçıvanda Ramazan təqviminin hazırlanması ilə bağlı işlərin başlandığını qeyd edib. Bildirib ki, Muxtar Respublika ərazisində fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinə Ramazan ayındakı ibadətləri zamanı müvafiq tövsiyələrə əməl etmələri məsləhət görülüb. Agentlik rəsmisi, həmçinin Azərbaycanın digər bölgələrində olduğu kimi Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında da inanclı şəxslərin məzhəb fərqi qoyulmadan dini ibadətlərini həyata keçirdiklərini əlavə edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı (MDTF) direktoru Mehman İsmayılov MDTF-nin illik fəaliyyət planında Ramazan ayında icra olunacaq layihələrə xüsusi yer verildiyini bildirib. Bu ayda dini icmalarla birgə şəhid ailələrini ziyarətlər zamanı bayram sovqatı, eləcə də ərzaq alış-verişi üçün hədiyyə kartlarının təqdim ediləcəyini deyən Mehman İsmayılov belə layihələrin yardımlaşmaq kimi milli və dini adət-ənənəni yaşatmaqla yanaşı, ölkəmizdə dövlət-din münasibətlərinin möhkəmlənməsində də önəmli rol oynadığını vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov təhsil müəssisəsi tərəfindən Ramazan ayında maarifləndirici videoçarxların hazırlanacağını söyləyib.

Görüləcək işlərlə bağlı təkliflərini səsləndirən DQİDK-nın sədr müavini Səyavuş Heydərov Ramazan ayında saxta təqvimlərin yayılmasının yolverilməz olduğunu, vahid Ramazan təqviminə riayət olunmasının vacibliyini xüsusi olaraq vurğulayıb.   

Sonda müzakirə olunan məsələlərlə bağlı şöbə müdirlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.

 

 


Son baxılan xəbərlər

DQİDK sədri: Zəngilan rayonunda yerləşən erməni təcavüzünün qurbanına çevrilmiş məsciddəki videogörüntü erməni vandalizmini bir ...

Açıqlama
23.10.2020 / 14:46
Ətraflı oxu

Saatlıda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
09.08.2022 / 17:43
Ətraflı oxu

Lənkəranda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusu müzakirə olunub

Press-relizlər
17.05.2019 / 12:30
Ətraflı oxu

Neftçalada "Şəhadət" sənədli filmi nümayiş olunub

Press-relizlər
24.05.2018 / 10:15
Ətraflı oxu

Göyçayda Beynəlxalq Tolerantlıq günü münasibətilə tədbir keçirilib

Press-relizlər
17.11.2021 / 12:48
Ətraflı oxu

Qusarda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusu müzakirə olunub

Press-relizlər
04.06.2021 / 13:33
Ətraflı oxu