Qobustan rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 30.03.2022 / 12:05

Martın 29-da Qobustan şəhər Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyev adına 2 saylı tam məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri" mövzusunda maarifləndirici tədbir keçirilib. 

Tədbirdə Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, rayon Təhsil Şöbəsinin məsul əməkdaşı Mahir Soltanov, Qobustan şəhər 2 saylı məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub, qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri izah edilib. Eyni zamanda, bu cür halların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Binəqədidə “Dövlət qulluğu nədir?" mövzusunda təlim keçirilib

Press-relizlər
09.10.2018 / 15:26
Ətraflı oxu

Lerikdə "Dini radikalizmlə mübarizə: nəticələr və vəzifələr" mövzusunda tədbir keçirilib

Press-relizlər
25.10.2018 / 10:58
Ətraflı oxu

Dövlət Komitəsi ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyasının çağırışına münasibət bildirib

Xəbərlər
10.02.2022 / 12:59
Ətraflı oxu

Dövlətçiliyin və müstəqilliyin etibarlı təminatçıları

Xəbərlər
23.09.2017 / 09:44
Ətraflı oxu

Şirvan bölgəsində Ramazan ayı ilə bağlı onlayn tədbir keçirilib

Press-relizlər
13.04.2021 / 12:18
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu ötən il ərzində də dini etiqad sahəsindəki fəaliyyətini uğurla davam ...

Press-relizlər
17.01.2022 / 13:39
Ətraflı oxu